Şrift:
Davudoğlu İsraili qəzəbləndirdi
23.10.2013 [11:50] - Siyasət
“Washington Post” qəzetində Türkiyənin İsrail agentləri barədə məlumatları İrana ötürməkdə ittiham edildiyi məqaləyə Xarici işlər naziri Əhməd Davudoğlunun cavabı İsraili qəzəbləndirib.
Davudoğluya rəsmi Tel-Əvivdən ilk reaksiya (əksüləməl) gəlib. İsrailin sabiq xarici işlər naziri və İsrail Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman məsələyə münasibət bidirib: “Washington Post” qəzetində iddia edildiyi kimi bir hadisənin meydana gəlib-gəlmədiyini bilmirəm.Türkiyənin məqalədən ötrü İsraili günahlandırması, Ərdoğanın İsraillə əlaqələri inkişaf etdirməyə niyyətli olmadığını göstərir”.
“Yediot Ahronot” qəzetinə danışan Liberman "Bu səbəblə artıq həqiqəti qəbul etməli və Türkiyə ilə əlaqələri düzəldəcəyimizə dair proqnozlarla (öngörü, pişbini) özümüzü aldadmamalıyıq" deyib.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed