24.10.2013 [12:28] - Gündəm, Hadisə
Yanğınsöndürən gəmilərin dəstəyi ilə yataqdakı quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması başa çatdırılıb və yanğının qarşısı alınıb
Azərbaycan “Bulla-dəniz” yatağında açıq fontan baş vermiş 90 nömrəli quyu tam nəzarətə alınıb.Dövlət Neft Şirkətinin saytının verdiyi məlumata görə, ARDNŞ-nin və ABŞ-ın “BOOTS & COOTS” servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılıb və yanğın söndürülüb.
Hazırda quyudan atqı xətlərinin quyu monifolduna birləşdirilməsi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaq.

Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |