Şrift:
Dərsliklər bundan sonra yeni qayda ilə çap olunacaq
24.10.2013 [13:56] - Sosial
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov dərsliklərin çapı ilə bağlı yeni qərar verib. Şərq-Qərb nəşriyyatının direktoru Anar Namazovun verdiyi məlumata görə, dərsliklər bundan sonra yeni qayda ilə çap olunacaq.

Belə ki, dərsliklərin çapına bir il əvvəldən başlanılacaq: "Məlumdur ki, dərsliklərin təkrar çapı üçün müəyyənləşdirilmiş müddət dörd ildir. Hər dörd ildən bir dərsliklər yenidən çap edilir. Bizdə olan məlumata görə, yeni qərarla bu ildən dərsliklər 4 il tamamlanmasına bir il qalmışdan çap ediləcək. Yəni bu il çap olunan dərslik hələ istifadəyə verilməyəcək. Dərsliklər əvvəlcə sınaq üçün müəyyən sayda çap edilərək orta məktəblərə, maarif şöbələrinə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspertlərinə paylanılacaq. Bir il ərzində dərsliklərdəki qüsurlar müzakirə olunacaq. Bir ildən sonra dərslik orta məktəb şagirdləri üçün lazımi sayda nəşr ediləcək. Bu TQDK ilə nazirlik arasında dərsliklərlə bağlı yaranmış mübahisələrə son qoyacaq".

A. Namazov onu da bildirib ki, yaxın günlərdə yeni dərsliklərin çapına bu qayda tətbiq ediləcək: "Bu il növbədə 7-ci sinif dərsliklərinin çapıdır. Amma bizdə olan məlumata görə, 7-8 sinif dərsliklərinin çapı üçün tender birgə elan olunacaq. Əslində bu çox yaxşı bir qaydadır".
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed