Şrift:
Urmiyədə aşıqlar bir araya gələcək
25.10.2013 [11:06] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Urmiyədə aşıqlar bir araya gələcək. Mərasim “Qərbi Azərbaycan Vilayəti aşıqlar mərkəzi”nin fəaliyyətə başlamasının 4-cü ildönümü münasibəti ilə oktyabrın 28-də keçiriləcək.
Mərasimdə Güneyin tanınmış aşıqları, o cümlədən aşıq Məhəmmədhüseyn Dehqan, İsməli Lütfi, Şərqi Azərbaycandan isə Həsən İsgəndəri və Çingiz Mehdipurun iştirakı gözlənilir. Mərasimə aşıq musiqisi mövzusunda məqalə və şeir qəbul ediləcək və vilayətin aşıq sənəti sahəsində çalışanlarının əməyi xüsusi qiymətləndiriləcək.
Qeyd edək ki, “Qərbi Azərbaycan Vilayətinin aşıqlar mərkəzi” 2009-cu ilin sentyabr ayında fəaliyyətə başlayıb və aşıq sənəti ilə yanaşı Azərbaycan mədəniyyətinin təbliğində də fəal rol oynamaqdadır.
Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed