Şrift:
Beynəlxalq Qızlar Günü: noyabrın 1-də Bakıda tədbir keçiriləcək
25.10.2013 [13:15] - Gündəm, Mədəniyyət
İREX təşkilatı özünün 45 illik yubileyini və Beynəlxalq Qızlar Gününü qeyd edir.

Əsası 1968-ci ildə qoyulan İREX beynəlxalq qeyri-kommersiya təşkilatıdır, dünyada müsbət davamlı dəyişikliyi irəlilətmək naminə proqramlar həyata keçirir, keyfiyyətli təhsil, müstəqil media və güclü icmalar qurulmasına dəstək verir.

“İREX-Azərbaycan” təşkilatından verilən məlumata görə, İREX-in 45 illiyi və Beynəlxalq Qızlar Günü münasibətilə noyabrın 1-də Bakıda (CinemaLux, Həsən Seyidbəyli küçəsi, 18; saat 16:00-19:00) tədbir təşkil ediləcək, tədbirdə “Girl Rising” (“Qızların yüksəlişi”) filminə baxış keçiriləcək.

“Girl Rising” filminə dünyada milyonlarla adam tamaşa edib. Bu film həmçinin qızların təhsili üçün bir hərəkatdır və İREX bu hərəkatı dəstəkləyir.

“İREX-Azərbaycan”ın yaydığı məlumatda bildirilir ki, dünyada milyonlarla qız təhsil almaq istəyərkən oğlanların üzləşmədiyi məhdudiyyətlə qarşılaşır və “Girl Rising” hərəkatında iştirak insanları qızların təhsilinə sərmayə yatırmağın doğru addım olduğuna inandırır.

“Girl Rising” filmində uğur qazanmış doqquz nəfər qızdan bəhs olunur.

Noyabrın 1-də Bakıda keçiriləcək tədbirdə iştirak etmək istəyənlər Natella Abdullayeva ilə əlaqə saxlaya bilərlər.
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed