Şrift:
Azadlıq qəzetinin bank hesabına həbs qoyuldu
25.10.2013 [13:52] - Gündəm, Hadisə
Azadlıq qəzetinin bank hesabına həbs qoyulub. Bu, Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin “Araz-Avia” ticarət mərkəzinin (“Binə bazarı”) rəhbəri Kəbirə Məmmədovanın iddiası ilə çıxarılmış məhkəmə qərarının icrasına başlaması ilə bağlıdır.

Oktyabrın 25-də açıqlama verən baş redaktor müavini Rahim Hacıyev deyib ki, bu, qəzetin maliyyə vəziyyətini daha da ağırlaşdıracaq: “Qasid”in bizə 50 min manat, bizim isə “Azərbaycan” nəşriyyatına 20 min manatdan artıq borcumuzun olmasına baxmayaraq qəzetə qarşı bu cür addımlar atılır. Əsas məqsəd qəzeti susdurmaqdır”.

Yasamal Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, qəzet və onun əməkdaşı Ramin Deko Kəbirə Məmmədovaya 32 min manat ödəməlidir.

Rahim Hacıyev bildirib ki, oktyabrın 25-də “Qasid” mətbuat yayım firmasının ofisi qarşısında keçirilməli olan etiraz aksiyası təxirə salınıb: “Qəzetimizin bank hesabına həbs qoyulduğu üçün aksiya təxirə salındı. Etiraz aksiyasını gələn həftəyə planlaşdırırıq”.
Bu xəbər oxucular tərəfindən 972 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed