Şrift:
Ağ Evlə ABŞ Konqresi arasında İrana qarşı yeni sanksiyaların təxirə salınması məsələsində razılıq əldə olunub
28.10.2013 [10:26] - Güney Azərbaycan xəbərləri, Siyasət
“Ağ Ev ABŞ Konqresindən İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi məsələsində gözləmə mövqeyində qalmasını istəyib”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.



Onun sözlərinə görə, rəsmi Vaşinqton İrana qarşı əlavə sanksiyaların təxirə salınmasını Tehranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinə elastiklik qatacağını düşünür: “Ona görə də oktyabrın 27-də axşam saatlarında Ağ Evdə həyata keçirilən görüşdə belə bir fikir konqresmenlərin diqqətinə çatdırıldı. Bu baxımdan ABŞ Konqresi İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinin nəticəsini görmək üçün yeni sanksiyalar məsələsində gözləmə mövqeyində qaldı. Biz də hazırda buna vaxtımızın olduğunu düşünürük”.



C. Psaki deyib ki, İranın öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əlavə sanksiyalar hər zaman tətbiq oluna biləcək.



ABŞ Dövlət Departamentinin sözçüsü İrana qarşı mövcud sanksiyalardan heç birinin aradan qaldırılmadığını da vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed