28.10.2013 [10:39] - Xəbərlər, Gündəm, Borçalı
Gürcüstanda oktyabrın 27-də keçirilən prezident seçkilərində hakimiyyətdəki “Gürcü Arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvilinin qalib gəldiyi qətiləşib.
“Novosti-Qruziya” agentliyinin verdiyi məlumata görə, artıq seçki məntəqələrinin 81%-nin protokolları hesablanıb. G. Marqvelaşvili 62,19% səs toplayaraq rəqiblərini xeyli geridə qoyub.
Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının namizədi, parlamentin sabiq sədri David Bakradze 21,86% səslə ikinci olub. Daha bir keçmiş parlament sədri, Gürcüstanda Rusiya yönümlü siyasətçi kimi tanınan Nino Burcanadze cəmi 10,04% səs alıb.
Beləliklə, G. Marqvelaşvili Gürcüstanın növbəti prezidenti seçilib.
Səsvermədə seçicilərin 46,6%-i iştirak edib.
Seçki axşamı “exit-poll”arın nəticələri bəlli olduqdan sonra D. Bakradze məğlubiyyətini etiraf edərək G. Marqvelaşvilini təbrik edib.

Bu xəbər oxucular tərəfindən 2021 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |