Şrift:
Prezident seçkiləri noyabrın 22-də AŞPA Bürosunda müzakirə ediləcək
28.10.2013 [14:02] - Gündəm, Siyasət
“Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası ilkin rəyini prezident seçkilərindən dərhal sonra Bakıda açıqlayıb və AŞPA Bürosuna təqdim edib. Bilirsiniz ki, Avropa Şurasında sədrlik Ermənistandan Avstriyaya keçir. Bu hesabat noyabrın 22-də AŞPA Daimi Komitəsinin Vyanada keçiriləcək iclasında geniş müzakirə olunacaq”.

Bu barədə məlumatı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

Səməd Seyidov bildirib ki, AŞPA Bürosu yanvar sessiyasına yarım il ərzində Avropa Şurasının gördüyü işlər, göndərilmiş missiyalar, onların hesabatları ilə bağlı “Tərəqqi hesabatı” (Progress Report) adlı məruzə təqdim edəcək: “Bu mövzuda ilkin fikir mübadiləsi noyabrın 6-da Monitorinq Komitəsinin Parisdə keçiriləcək iclasında aparılacaq. Əsas müzakirə isə noyabrın 22-də Vyanada baş tutacaq. Hesabatın içərisində müxtəlif tədbirlər və məsələlər, o cümlədən Azərbaycanda keçirilmiş prezident seçkiləri yer alacaq”.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed