25.11.2011 [14:04] - Gündəm
Məlum olduğu kimi noyabrın 28-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov və Bernar Fasyenin regiona səfər edəcəyi gözlənilir. Onlar əvvəlcə İrəvanda, sonra isə Bakıda olacaq. Bu arada xarici işlər nazirinin müavini Araz Əzimov danışıqlar prosesinin indiki mərhələsini şərh edib. Onun sözlərinə görə, danışıqlar prosesdə hər hansı müsbət irəliləyiş yoxdur.
“Nazirlərin görüşü hələlik planlaşdırılmır, amma onların görüşü texniki baxımdan çətin deyil. Əsas məsələ odur ki, görüşün keçirilməsinin nəyə lazım olduğu bilinməlidir. İnanmıram ki, Azərbaycan tərəfi təkcə Ermənistan xarici işlər nazirinin mövqeyini eşitmək üçün görüş təklifini tam istəklə qəbul edə bilsin”, - deyə XİN rəhbərinin müavini Araz Əzimov bildirib.

Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |