Şrift:
Sualtı Wi-Fi şəbəkəsi yaradılacaq
28.10.2013 [14:28] - Gündəm, Sosial
ABŞ-ın Buffalo Universitetinin tədqiqat qrupu “Wi-Fi” bağlantısını okeanın dibində qurmağa imkan verən sualtı simsiz şəbəkə yaratmağa nail olub.

Layihənin başlıca məqsədi dənizlərə müşahidə sistemini yaxşılaşdırmaq və fəlakətlərin qarşısını almaqdan ibarətdir.

“Sualtı simsiz şəbəkə bizim qarşımızda okeanlarda məlumatların toplanması və onların real vaxt rejimində təhlili üzrə misilsiz imkanlar açacaq. Sunami və ya digər təbii fəlakətlər zamanı məlumatı smartfon, yaxud kompüterlərdən əldə etmək mümkün olsa, milyonlarla insanı xilas etmək olar”, - layihə rəhbəri Tommazo Melodia bildirib.

Bu nəticələrə nail olmaq üçün alimlər adi “Wi-Fi” şəbəkələrində tətbiq olunan radiodalğaların alternativini tapmaq məcburiyyəti ilə üzləşiblər. Belə ki, onlar işlərində suyun altına buraxılmış qurğular arasında hərəkət edən səs dalğalarından istifadə edərək onları "Wi-Fi” siqnalına çevirməklə sonradan mobil və ya peyk rabitəsi ilə ötürüblər.

Routerlər həm sahildə, həm gəmi göyərtəsində, həm də üzən platformalarda quraşdırıla bilər. Hazırda dünyada şəbəkəni formalaşdıra və üst qatı ilə rabitəni təmin edə bilən sualtı ötürücülər mövcud olsa da, onlar işlərində başqa infrastrukturdan istifadə edirlər, - "IT Expert” yazır.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed