Şrift:
İstanbulda Güney Azərbaycanın türk dünyasında yeri və önəmi mövzusunda konfrans keçirilib
28.10.2013 [14:50] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
İstanbul Azərbaycan Kültür Evinin təşkil etdiyi konfransin acilisinda cixis edən Azərbaycan Kültür Evinin basqanı Hikmət Alp Türkiyədə Cənubi Azərbaycan mövzusuna az diqqət göstərildiyini deyib. Konfransın aparıcısı Gülarə Yenisey Güney Azərbaycandakı milli hərəkatların tarixindən danışaraq “İstanbul Təbriz üçün çox önəmli bir mərkəzdir” - deyib.



Dünyadakı kosmik tədqiqatların basında iki türkün - Lutfi Zadə və Kərim Kərimovun durduğunu xatırladan G.Yenisey “təəssüf ki, bu qədər mühüm insanlar türk dünyasına xidmət edə bilmirlər” - deyə vurğulayıb.






Cənubi Azərbaycandan gəlmiş milli fəal Oqtay Vəlizadə 1995-ci ildən Güney Azərbaycan milli hərəkatının yeni mərhələyə qədəm qoyduğunu və o mərhələdə xeyli insanın cəzalandırıldığını deyib. 2006-cı ilin mayında Güney Azərbaycanda xalqın təhqir edilməsinə qarşı başlayan etiraz dalğasının və xalqın öz təbii haqlarını əldə etmək üçün mübarizənin davam etdiyini vurğulayıb.



Konfransda çıxış edən tədqiqatçı Yasəmən Qaraqoyunlu Qacar xanədanlığı dönəmində ümumi türk kimliyinin parçalandığını və bundan istifadə edən Qərb imperializminin farsların İranda hakimiyyətin gəlməsinə zəmin hazırladığına diqqəti cəlb ədib. 1925-ci ildə Qacar imperatorluğunun yerində fars dövlətinin qurulduğunu deyən Y.Qaraqoyunlu İranda Azərbaycan kimliyinin silinməsinə çalışıldığına dair örnəklər verib və Türkiyəni Güney Azərbaycan siyasətini dəyişdirməyə çağırıb.



Cənubi Azərbaycandan olan tədqiqatçı Arif Kəskin “Türkiyə niyə Cənubi Azərbaycan türklərini dəstəkləməlidir?” sualına cavab İranın Türkiyəyə və türk dünyasına qarşı xarici siyasətinin fars şovinizmi üzərində qurulduğuna diqqəti cəlb edib: “Türkiyə Cənubi Azərbaycanı dəstəkləsə də, dəstəkləməsə də, İranın Türkiyəyə baxış nöqtəsi dəyişmir”.
Bu xəbər oxucular tərəfindən 919 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed