Şrift:
Türkiyə Cümhuriyyəti-90 mövzusunda beynəlxalq elmi konfrans keçirilib
28.10.2013 [15:05] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin qurulmasının 90-cı ildönümü münasibətilə “Türkiyə Cümhuriyyəti-90” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.


Tədbirdə AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva “Türkiyə Cümhuriyyətinin elan edilməsi bəşər tarixinin ən önəmli hadisələrindən biri kimi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, 90 il öncə - 29 oktyabr 1923-cü il tarixində Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən önəmli hadisələrindən biri olub. Onun sözlərinə görə, Türkiyə qurulduğu zamandan bu günə kimi bir çox ölkələr tərəfindən örnək olaraq göstərilib və bu proses bu gün də davam edir: “Bu gün Azərbaycanla Türkiyə arasında mühüm dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələri mövcuddur. Türkiyə xalqın əzminə və gücünə dayanaraq bütün çətinliklərin öhdəsindən uğurla gəlib. Bu gün türk xalqı hədəflərinin çoxunun gerçəkləşməsinin qürurunu yaşayır. İnanırıq ki, irəlidə Türkiyə xalqını yeni zəfərlər gözləyir”.



Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Meral Barlas da Türkiyə Cümhuriyyətinin yaranma tarixi, keçdiyi şərəfli yol, əldə etdiyi uğurlar barədə ətraflı məlumat veriblər. Onlar hər zaman Türkiyəyə dostluq və qardaşlıq münasibətləri göstərən Azərbaycana da öz təşəkkürlərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed