29.10.2013 [11:08] - Gündəm, Türk dünyası-Turan
Türkiyə yeni siyasi partiya yaradılıb. Partiyanın əsas qurucuları kürd əsilli siyasətçilərdir.
Xalqların Demokratik Partiyası (HDP) adlanacaq yeni siyasi qurumun rəhbəri də kürdlərin Türkiyə Böyük Millət Məclisindəki təmsilçiləri olan Sülh və Demokratiya Partiyasından (BDP) istefa verib, HDP-yə keçən qadın siyasətçi Səbahat Tuncəl seçilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bir müddət öncə BDP-nin parlament qrupunun üzvləri Sırrı Süreyya Öndər, Səbahat Tuncəl və Ərtoğrul Kürkçü, həmçinin, İstanbuldan müstəqil millət vəkili seçilən Ləvənt Tüzəl istefa vermişdi. Hər üç siyasətçi dünən keçirilən qurultayda HDP-yə üzv olublar.
Onu da bildirək ki, yeni partiyanın sədri S.Tuncəl 2007-ci ildə PKK terror təşkilatının toplantılarında iştirak etmək, həmçinin, bu təşkilatın fəaliyyətinə dəstək vermək ittihamı ilə həbs edilmişdi. O, deputat seçildikdən sonra azadlığa buraxılmışdı.

Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |