29.10.2013 [12:31] - Gündəm, Türk dünyası-Turan
Rusiya təyyarələri Türkiyə sərhəddinə yaxınlaşdı, qarşı tərəf F-16 ları havaya qaldırdı
Rusiya-Türkiyə münasibətlərində soyqluq yaranıb. Belə ki, ötən gün Rusiyaya aid hərbi təyyarənin Türkiyənin hava sərhədinə yaxınlaşması qalmaqala səbəb olub. Türkiyə mətbuatının verdiyi xəbərə görə, Türkiyə tərəfi hava sərhədinə müdaxilənin qarşısını almaq üçün dərhal iki F-16 tipli təyyarəni havaya qaldırıb.
Türkiyə qırıcıları rusların İL-20 hərbi təyyarəsi ərazidən uzaqlaşana kimi onu izləyib.
Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, rusların İL-20 tipli hərbi təyyyarəsi Qara dənizdə Türkiyə-Bolqarıstan hüdudlarından Türkiyə-Gürcüstan hüdudlarına qədər hava sahəsində — Türkiyə sərhədlərinə paralel şəkildə uçub.
Daha sonra Merfizon bölgəsindən növbəti iki Türkiyə qırıcısı havaya qalxaraq rusların təyyarəsini izləyib.
Qeyd edək ki, Rusiyanın İL-20 təyyarələri radiotexniki kəşfiyyat təyinatlıdır.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyaya məxsus hərbi təyyarələrin bir həftə ərzində ikinci dəfə Qara dəniz üzərində uçuşlar həyata keçirdiyini açıqlayıb.
Baş Qərargahın rəsmi saytında İL-20 tipli hərbi təyyarələrin uçuşlarının 26 oktyabr 2013-cü il tarixində, 12:32-15:41 saatlarında qeydə alındığı yazılıb.
Xəbərdə uçuşların Qara dənizdə Türkiyə-Bolqarıstan sərhəd bölgəsindən Türkiyə-Gürcüstan sərhəd bölgəsinə qədər beynəlxalq hava sahəsində, Türkiyə sahillərinə paralel olaraq Qərbdən Şərqə doğru həyata keçirildiyi ifadə olunub. Bildirilir ki, hava sahəsinin pozulmasının qarşısını almaq üçün Hava Qüvvələri Komandirliyi iki ədəd F-16 təyyarəsinə həyəcan siqnalı verib.
Qeyd edək ki, Türkiyə Baş Qərargahı 3 gün əvvəl də Türkiyə Hava Qüvvələrinə məxsus F-16-ların ölkənin hava sahəsinə yaxınlaşan Rusiya təyyarələrinə qarşı uçuşlar həyata keçirdiyini açıqlamışdı.
Rusiyalı ekspertlər isə, Rusiyanın bu uçuşlarla güc nümayiş etdirdiyini bildirir. Onlar hesab edir ki, Aralıq dənizinə hərbi gəmilər göndərən və orada daimi qalmağı planlaşdıran Moskva Qara dənizdəki fəaliyyətini də artırmaq istəyir. «Cihan» xəbər agentliyinə danışan «Nezavisimaya qazeta»nın hərbi şöbəsinin rəhbəri Viktor Litovkin bildirib ki, uçuşları normal qarşılamaq lazımdır: «Rusiya hərbi təyyarələri Qara dənizdə neytral ərazidə uçuşlar həyata keçirir. Rusiyanın buna haqqı var. Rusiya təyyarələri məşq edir. Türkiyə hərbi təyyarələrinin də bu uçuşları izləməsi normaldır. Bənzər hadisələr Yaponiya və Norveç sərhədində də baş verib. Rusiya artıq əvvəlki hərbi gücünə qovuşub və bunu hərbi təlimlərlə gücləndirməsi normaldır».
Rusiya qeyri-hökumət təşkilatı olan Müdafiə və Xarici Siyasət Şurasının başçısı Fyodor Lukyanov «bölgədə böhran tamamilə sona çatmadı. Rusiya bu vəziyyətə hazır olmalıdır. Rusiya müharibəyə hazırlaşmır. Amma böhranla əlaqədar olaraq güc nümayişini etməsi normal bir haldır», — söyləyib.
Rusiyanın məşhur siyasi hərbi mütəxəssislərindən İqor Korotçenko «Rusiya müstəqil bir ölkədir. Qara dənizdə neytral ərazidə uçuşları həyata keçirmək haqqı var. Rusiya NATO üzvü olan Türkiyənin sərhədlərini pozmur. Türkiyə təyyarələrinin də onları izləməsi hərbi təhlükəsizlik baxımından normal bir hadisədir», deyərək uçuşlara haqq qazandırıb.
«Kommersant» qəzetinin hərbi şərhçisi, jurnalist İvan Safronov EL-20 təyyarələrindən kəşfiyyat məlumatları toplamaq üçün istifadə edildiyini bildirib. «Soçi-2014″ Qış Olimpiya Oyunlarında təhlükəsizlik tədbirlərinin artırılmasının vacib olduğunu deyən şərhçi qarşıdakı günlərdə uçuşların artacağını dilə gətirib.
Azərbaycanlı politoloqlar isə bir qədər fərqli mövqe nümayiş etdirirlər. Politoloq Elçin Xalidbəylinin fikrincə, Rusiyanın hərbi təyyarəsinin Türkiyənin hava məkanı yaxınlığında uçuş keçirməsi bir qədər gözlənilməz addımdır: «Çünki Türkiyə və Rusiya sərhədlərində analoji hərbi insindentin baş verməsi tez-tez rast gəlinən olay deyil. Təbii ki, bu, təsadüfi hadisə ola bilməz. Bunun arxasında hansısa məqsədlərin ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun aparıcı dövlətlərindən sayılır. Deməli, Türkiyənin hava məkanı da əslində müəyyən mənada, NATO-ya aid hava məkanı hesab edilməlidir. Bu baxımdan, Rusiya təyyarəsinin Türkiyənin hava məkanı boyunca uçuşunu Kremlin mesajı kimi də dəyərləndirmək mümkündür. Xüsusilə də, uçuşu keçirən İL-20 tipli hərbi təyyarələrin radiotexniki kəşfiyyat aparmaq üçün nəzərdə tutulması rəsmi Ankaranın narahatlığı üçün müəyyən əsaslar yaradır. Halbuki, Rusiyanı Türkiyə ərazisində hansı hərbi-strateji obyektlərin maraqlandıra biləcəyi də hələlik müəmmalıdır. Ancaq Türkiyənin dinc məqsədlər üçün istifadə ediləcək nüvə santralının qurulması prosesinə start verdiyini nəzərə aldıqda, Rusiya üçün belə bir uçuş təsadüfi sayılmaya bilər. Ancaq bununla belə, Rusiyanın bu hərbi avanturada güddüyü əsas məqsəd barədə hələlik dəqiq fikir söyləmək bir qədər çətindir. Çünki adətən, belə davranışlar dövlətlərarası münasibətlərdə ciddi qıcıqla qarşılanır. Ona görə də, Rusiyanın öz davranışını əsaslandırmasına ehtiyac var».
Politoloq Mütəllim Rəhimli isə bildirib ki, dünyada gedən siyasi və iqtisadi proseslər Türkiyə ilə Rusiya arasında münasibətlərin getdikcə yaxşılaşmasına, iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə gətirib çıxarıb: «Münasibətlərin inkişafı davam etməkdədir və güman edirəm ki, gələcəkdə bu iki ölkəni yaxınlaşdıran digər amilləri də görəcəyik. İndiki halda Türkiyə-Rusiya münasibətlərində yeganə fikir ayırılığı yaradan nüans Suriyada baş verən hadisələrə yanaşmadır. Türkiyə Əsəd rejiminin devrilməsini istəyir və bunun üçün çalışır, Rusiya isə onu müdafiə edir. Deməli, Rusiyanın hərbi təyərələrinin Türkiyə sərhəddində ona paralel uçması yalnız bu fikir ayrılığının nəticəsi ola bilər. Ola bilsin ki, Suriya ilə bağlı Türkiyə öz həmfikirləri ilə Rusiyadan xəbərsiz hansısa ciddi qərarlar qəbul etmək niyyətindədir. Rusiya öz hərbi təyyarələrinin sərhəd boyu uçuşunu təşkil etməklə bundan xəbərdar olduğunu və onun razılığı olmadan atılacaq hər hansı addımı qəbul etməyəcəyini bildirir. Eyni zamanda, Rusiya artıq Avrasiya İqtisadi Birliyinin və Gömrük İttifaqının yaradılması istiqamətində əməli addımlar atmağa başlayıb. O, NATO-nun üzvü olan Türkiyə sərhəddi boyunca hərbi təyyarələrinin manevri ilə dünyada yeni bir gücün yarandığını nümayiş etdirir. Həmçinin, bu addımı ilə qeyd olunan birliklərə qoşulmaqda tərəddüd edən dövlətləri qəti mövqe göstərməyə sövq etməyə çalışır. Çünki dünyada kiçik ölkələr indi heç vaxt özü kimilərlə bir yerdə olmaq istəmir. Onların müstəqilliklərinin qarantı həm də siyasi proseslərə kifayət qədər təsir etmək imkanına malik ölkələrlə əməkdaşlıqdan keçir. Rusiya isə bu hərəkətləri ilə qüdrətli dövlət olduğunu göstərməyə çalışır ki, onun irəli sürdiyi təkliflər tezliklə dəstək qazansın».

Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |