29.10.2013 [12:37] - Gündəm, Müsahibə, Borçalı
Əli Babayev: “Azərbaycanla Gürcüstanın münasibətlərini heç bir qüvvə poza bilməz”
1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Fəlsəfə doktorudur.
1992-1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzrə ixtisaslaşan turistik firmada (bələdçi) çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assistenti olub.
1994-1995-ci ildə "Biznes gündəliklər" kompaniyasında marketinq üzrə departament müdiri çalışıb.
1996-1997-ci illərdə Georgi Marqvelaşvili Azad Tbilisi Universitetində fəlsəfə müəllimi kimi dərs deyib.
1995-2000-ci illərdə Milli Demokratiya İnstitutunda beynəlxalq münasibətlər üzrə mütəxəssis (proqramın məsləhətçisi) olub.
2000-2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda işləyib ki, o cümlədən 2000-2006-cı illər və 2010-2012-ci illər arasında institutun rektoru olub.
2012-ci ilin oktyabrında Marqvelaşvili seçkilərdə qalib gələn "Gürcü Arzusu" koalisiyasının rəhbəri Bidzina İvanişvilinin yeni formalaşdırdığı hökumətdə təhsil naziri vəzifəsinə təyin olunur. Qeyd etmək lazımdır ki, Marqvelaşvili heç bir siyasi partiyanın üzvü deyil.
2013-cü il fevralın 7-də Georgi Marqvelaşvili Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin olunub.
2013-cü il mayın 11-də hakim "Gürcü arzusu" Partiyası qarşıdan gələn prezident seçkilərində Marqvelaşvilini öz namizədi görüdüyünü açıqlayıb.
16 iyul 2013-cü ildə o, könüllü olaraq təhsil naziri vəzifəsindən istefa verərək seçki kampaniyasına başlayıb.
9 sentyabr 2013-cü ildə Marqvelaşvili rəsmən Gürcüstan prezidentliyinə namizəd kimi qeydə alınıb.
Seçki prosesinin necə getməsi, Gürcüstan azərbaycanlılarının siyasi fəllığı, Gürcüstan Azərbaycan münasibətlərinin bundan sonrakı taleyi ilə bağlı suallarımızı Georgi Marqvelaşvilinin seçki qərargahının üzvü Əli Babayev “Davam.az” saytının suallarını cavablandırdı.
- Gürcüstanda keçirilən prezident seçkisi Avropa standartlarına uyğun şəkildə həyata keçirildi. Mən seçki qabağı və seçki günündə 32 yerdə olmuşam. Azərbaycanlılara qarşı münasibət indi çox yaxşıdır. Əvvəllər azərbaycanlıları seçkiyə qədər sayırdılar, seçkidən sonra isə heç tanımaq da istəmirdilər. Amma bu seçkidə belə hallarla qarşılışmadıq. Köhnə hakimiyyət təbliğat aparırdı ki, guya bizim partiya hakimiyyətə gələrsə azərbaycanlıların hüquqları tapdanacaq və digər mənfi hallar baş verəcək. Bunun nəticəsində də Borçalının bəzi məntəqələrində Georgi Marqvelaşviliyə nisbətən az səs verdilər. Amma ümumilikdə Borçalıda qələbə qazandıq və ümumilikdə Gürcüstanda 67 faiz səs topladıq. Əsas odur ki, Gürcüstan azərbaycanlıları seçki prosesinə fəal qatıldılar. Ötən seçkilərdə həmişə bizi aldadıblar və ya qorxudublar, hüquqlarımızı tapdalayıblar. Hazırda bu problem demək olar ki, aradan qaldırılıb. İnsanlar sərbəst şəkildə istədikləri namizədə səs verdilər. Seçkiyə qatılan hər bir soydaşımız bu addımı böyük ümidlə atdı. Bidzina İvanişvilinin apardığı siyasətin nəticəsində bu qədər səs yığa bildik. Keçmiş hakimiyyət parlament seçkisində 40 faiz səs toplamışdı, amma indi isə onların səs faizi 17-yə düşdü. Onların reytinqi gündən-günə daha da aşağı düşür. Belə getsə bələdiyyə seçkisində onların partiyasına səs verən olmayacaq.
- Azərbaycanlıların seçki fəallığını ümumilikdə necə qiymətləndimək olar?
- Bizim Azərbaycan kəndlərinin əksəriyyəti boşalıb. Həmin kəndlərin sakinləri Azərbaycan, Rusiya, Türkiyəyə üz tutublar. Təbii ki, onlar ölkədə olmadığı üçün seçkiyə də qatılmırlar. Əvvəllər ölkəni tərk edən insanların səsləri Saakaşvili üçün hesablanırdı. Bu dəfə isə eksperiment apardıq, əhalinin sayını dəqiqləşdirdik. Nəticədə real olaraq 447 seçicisi olan kənddə 375 nəfərin səsvermədə iştirak etdiyinin şahidi olduq. Bu isə sübut elədi ki, əvvəllər ölkədə olmayan soydaşlarımızın səsindən istifadə ediblər. Bu seçkidə azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazilərdə 285 min soydaşımızdan 250 minə qədəri səsvermədə iştirak etdi.
- Sizcə, Gürcüstan-Azərbaycan münasibətləri son prezident seçkilərindən sonra hansı məcrada inkişaf edəcək?
- Azərbaycanla Gürcüstanın münasibətləri bütün dövrlərdə yaxşı olub və bu olduqca təbii haldır. Şübhəsiz ki, iki ölkə arasındakı münasibətlər bundan sonra daha da yaxşı olacaq. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycanda da prezident seçkisi demokratik şəraitdə keçirildi. Bütün dünya da buna yüksək qiymət verdi. Gürcüstanda da prezident seçkiləri demokratik şəraitdə baş tutdu. Bundan sonra iki ölkə arasında münasibətlərin daha inkişaf etməsinə təkan verəcək yeni addımların atılacağını gözləyirik. Azərbaycanla Gürcüstanın münasibətlərini heç bir qüvvə poza bilməz. Çünki ölkələrimiz arasındakı münasibətlər tarixi, strateji əhəmiyyət daşıyır və yaxın qonşuluq münasibətlərinə söykənir. Biz, inanırıq ki, Saakaşvilinin pafoslu çıxışlarından fərqli olaraq Marqvelaşvili azərbaycanlılarla bağlı verdiyi vədləri yerinə yetirəcək.
Günel CƏLİLOVA davam.az

Bu xəbər oxucular tərəfindən 2021 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |