Şrift:
Fərəc Quliyev: “Biz keçən il Avronestdə ermənilərin 32 təklifinin keçməsinə imkan vermədik”
29.10.2013 [15:16] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu gün- 29.10.2013-cü il tarixində Milli Məclisin Payız sessiyasının növbəti iclası keçirilib. İclasda gündəliyə salınmış 19 məsələyə baxılıb. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev gündəliyə salınmış məsələlərə öz fikrini bildirib.

Fərəc Quliyev çıxışında Azərbaycanın Avronest-dən çıxması ilə bağlı mətbuatdakı fikirlərə münasibət bildirib: “Mətbuatda Azərbaycanın Avronest-dən çıxacağı ilə bağlı fikirlər gedir. Azərbaycan Qərb dövlətləri ilə, Qərb təsisatları ilə inteqrasiyada maraqlıdır. Azərbaycan bölgədə demokratiyanın üstün vəziyyətə gətirilməsində, terrorizmə qaşrı mübarizədə, nüvə komponentlərinin gizli daşınmasının qarşısının alınmasında, enerji təhlükəsizliyi sahəsində öz töhfəsini verib. Düşünürəm ki, gələcək inteqrasiya və əməkdaşlıq prosesində də Azərbaycan Avropa strukturlarını kənarda qoymayacaq. Hansısa qurumun daxilində olan bir neçə nəfərin fikri ümumən beynəlxalq qurumlar və orada təmsil olunan dövlətlərin adından qəbul edilə bilməz. Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərbə inteqrasiyanı davam etdirəcək. Yəni, Azərbaycan bir qrup insanların fikri ilə Qərblə münasibətini dəyişməyəcək. Azərbaycanın dövlət siyasəti bütün Qərb dövlətləri ilə əlaqələrini inkişafını özündə ehtiva edir. Biz keçən il Avronestdə ermənilərin 32 təklifinin keçməsinə imkan vermədik. Bizim bu təsisatlardan kənarda qalmağımızı istəyənlərə fürsət verməməliyik. Azərbaycan doğru yoldadır.”

davam.az
Bu xəbər oxucular tərəfindən 1099 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed