Şrift:
Azərbaycanda 5-dən çox uşağı olan ailələrə müavinət veriləcək
29.10.2013 [15:19] - Sosial
Milli Məclisdə "Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb
Azərbaycan 5-dən çox uşağı olan ailələrlə bağlı qərar qəbul edilib."Sosial müavinətlər haqqında" qanuna Milli məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Qanunda edilən dəyişikliyə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək.

Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq. Qanun layihəsi səsə qoyulub və sonda qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed