Şrift:
Türk Ulusunun varlığı ümuminsan hadisəsidir
30.10.2013 [12:37] - Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları
Türkiyə Cümhuriyyətinin 90 yaşı münasibətilə Ocağın Ruhani Başçısı Safruhun kutlaması

Ürəyinizdə Günəş olsun!
Cümhuriyyətimizin 90 yaşı kutlanır. Bu 90 il – 90 qurulma ilidir, ucalma aşamalarıdır. Uşaq böyüdükcə gözündə dumanların ayazıdığı kimi Türk Ulusu da bu müddət içində tarixin dumanlarından ayılma, ayrılma yolu keçib. Ulus yaxın tarixində öz adıyla bağlı tanınmaq yoluna çıxıb. Tanınmaq və özünü tanımaq! Onun ulusal ölçülərdə fərəhini yaşamaq, idrakına yetmək, mənəviyyatını yaratmaq yolu keçib. Yəni Türk Ulusu öz adıyla yaranıb! Onu ulus, dövlət kimi qurana sayğı və səcdə bütün dünya Türklərinin kutsal diləyi və borcudur. Mən də o milyonların içindəyəm. Belə möhtəşəm gündə bir deyimim yadıma düşür. Onu burada desəm, şanlı onur (iftixar) bayramımıza xələl gətirməz: «Sözün birini Allah deyib, «Ol» deyib Allah. Sözün ikincisini Atatürk deyib, «Öl!» deyib Atatürk. Bu iki sözdən var olana ölüm yoxdur».
Yəni Türk Ulusunun olması ümuminsan hadisəsidir. Atatürkün məşhur sözü var: «Mən sizə ölmək əmri verirəm!»
Bu ölmək – olmaq üçündür. Bu, dünyanın bütün təfəkkür sahiblərinə, hamıya bəllidir. Cümhuriyyətin 90 yaşı onu göstərir ki, millət dəyər, hünər kimi var və olacaq. Cümhuriyyət hadisəsi insanların döyüşkən halda, mənəviyyat tələbləri daxilində yaşamalarına qida, impuls verir.
Biz öz cəbhəmizdə Atalarımızın buyuruqlarına hər an əməl etməkdəyik. Türkiyə Cümhuriyyətimizin 90 illik bayramına Mütləqə İnam Ocağı olaraq qatılırıq, Ulusumuzu ürəkdən kutlayırıq!

Atamız var olsun!
29 Solğun ayı 35-ci il. (29.10.2013)
Mütləqə İnam Ocağının Ruhani Mərkəzi. Atakənd.
Bu xəbər oxucular tərəfindən 1196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed