30.10.2013 [13:25] - İdman
Dünən Türkiyə kubokunda III tura start verilib. Millimizin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” öz meydanında II dəstə təmsilçisi “Ankaragücü” ilə qarşılaşıb.
Yığmamızın düşərgəsindən qayıtdıqdan sonra “Sivasspor”un Superliqa matçlarında “18-liy”ə belə düşməyən Cihan bu dəfə start heyətində yer alıb. O, qarşılaşmanı əvəzolunmadan keçirsə də, qol vura bilməyib. Halbuki 38 və 90-cı dəqiqələrdə buna yaxın olub.
Görüşə gəlincə, “Sivasspor”un son dəqiqələrdə vurduğu qol ilə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Matça əlavə olunmuş dəqiqələrdə təcrübə öz sözünü deyib və meydan sahibləri daha 2 qol vuraraq 3:1 hesabı ilə qələbə qazanıblar. Bununla da, “Sivasspor” 4-cü mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, “Sivasspor” bundan öncə “Bucak Bələdiyyə Oğuzhanspor”u 5:0 məğlub etmişdi. Həmin vaxtı 90 dəqiqə çıxış edən Özkara qollardan birini vurmuşdu.

Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |