31.10.2013 [11:05] - Sosial
Xarici ölkələrdən Türkiyəyə gələrək orada çalışan həkimlərin sayı açıqlanıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bu ölkədə çalışmaq üçün ən çox azərbaycanlı həkimlərin müraciət etdiyini bildirib.
Onun sözlərinə görə, ötən il 443 həkim Türkiyədə çalışmaq üçün müraciət edib və onların 425-nin müraciətinə müsbət cavab verilib. Müraciətlərin 68-i Azərbaycandan, 49-u İrandan, 39-u Suriyadan, 29-u Yunanıstandan daxil olub.
Qeyd edək ki, 22 fevral 2012-ci ildə qüvvəyə minən qanuna əsasən, xarici ölkə vətəndaşı olan həkimlərin Türkiyədə özəl xəstəxanalarda çalışması üçün əsas şərt Türkiyə türkcəsini öyrənmələridir.

Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |