Şrift:
Futbol üzrə İtaliya çempionatında X turun oyunları davam edir
31.10.2013 [12:51] - İdman
İkinci oyun günündə 8 görüş baş tutub.

Doğma arenada “Kataniya”nı qəbul edən “Yuventus” böyük hesablı qələbə qazanıb. Turin təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub edib.

Azarkeşləri qarşısında “Latsio” ilə qarşılaşan “Milan” isə xal itkisi ilə üzləşib. “Qırmızı-qaralar” meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.

Səfərdə “Fiorentina” ilə üz-üzə gələn “Napoli” də 3 xal qazanıb. Rafael Benitesin yetirmələri rəqibi 1:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, A Seriyasında X tur bu gün keçiriləcək “Roma” – “Kyevo” qarşılaşması ilə yekunlaşacaq.
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed