Şrift:
MTN Rusiyadan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı aldı
01.11.2013 [16:02] - Gündəm, Hadisə
Ümumilikdə 212 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb
Kriminal Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan şəxslər ifşa edilib. Onlardan ümumilikdə 212 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, nazirliyin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində, 1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı Abdullayev Nadir Məhəmməd oğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə 210 kiloqram həşişi Moskva şəhərinə gətirərkən yaxalanıblar. Müəyyən edilib ki, həmin narkotik vasitələr əvvəlcədən əldə olunmuş razılığa əsasən qaçaq yolla Avropa ölkələrindən birinin ərazisinə keçirilib və sonradan oradan satış üçün Rusiya Federasiyasına idxal olunan güllərin içərisində gizlədilib.

MTN tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasının qarşısı alınıb, Azərbaycan Respublikasının vətəndaşları - Məmmədova Leyla Həsən qızı və Qodunova Lyubov İvanovna şübhəli şəxs qismində tutulublar. Onlardan təxminən 205 qram heroin aşkar edilərək götürülüb.

MTN-in həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Allahverdiyev Vüsal Natiq oğlu, İsmayılov Yasim Yusif oğlu və Məmmədov Məhəmmədli Elgiz oğlu şübhəli şəxs qismində tutulub, onlardan narkotik vasitə olan 1 kiloqram 762 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 895 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed