Şrift:
İran-Türkiyə arasında casus qalmaqalı
02.11.2013 [11:21] - Gündəm, Hadisə
İranla Türkiyə arasında casus qalmaqalı yaranıb. Türkiyənin Milli Təhlükəsizlik qurumunun rəhbəri Hakan Fidanın İsrailə işləyən iranlı casusları Tehrana təhvil verdiklərini bildirməsi qarşı tərəfdən kəskin etirazla qarşılanıb. İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Medianın yaydığı məlumata görə, iranlı nazir Türkiyə rəsmisinin sözlərini həqiqətə uyğun olmayan iddia adlandırıb: “İnsanlar yalan uydurur, və bu yalanlara cavab vermək çox çətin olur”.

İranlı nazir Türkiyəyə səfəri zamanı mövzunu prezident, baş nazir və xarici işlər naziri ilə müzakirə edəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 996 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed