02.11.2013 [13:11] - Gündəm, Hüquq
ABŞ biznesmeni Ben Ladenin ələ keçirilməsi üçün 25 milyon dollar mükafatı istəyir
Dünya Miçiqan ştatından olan biznesmen ABŞ hakimiyyətinə terrorçu Usama bin Ladenin yerləşdiyi yer barədə ələ keçməsindən bir neçə il əvvəl məlumat verdiyini bəyan edib və 25 milyon dollar məbləğində mükafatı tələb edir.Assoşieyted Press-in verdiyi məlumata görə, biznesmenin hüquqşünası bu barədə məktubla müraciət edib.
"Loevy & Loevy" hüquq şirkətinin FTB-nin direktoru Ceyms Komiyə ünvanladığı məktubda iddia edilir ki, Tom Li Pakistan kəşfiyyatının əməkdaşlarının birindən terrorçunun Abbotabad şəhərində gizləndiyi barədə bilgi aldığını bildirib. Bundan sonra məktubda, hələ 2003-cü ildə biznesmen ABŞ-ın hakim orqanlarına beynəlxalq terror təşkilatı "Al - Qaidə"nin liderinin sığınacağının koordinatlarını açıqladığı iddia edilir.
Usama bin Ladenin ələ keçirilməsi üçün 25 milyon dollar məblğində pul mükafatı ABŞ dövlət departamentinin "Rewards for Justice" (Ədalət uğrunda mükafat) proqramı çərçivəsində təyin edilmişdi. Başinqtonun 11 sentyabr 2001-də ABŞ-da törədilən törədilən terrorda cavabdehliyi üzərinə qoyduğu "Əl-Qaidə" lideri Usama bin Laden, Amerikanın xüsusi təyinatlı hərbçiləri tərəfindən 2 may 2011-ci ildə Pakistanın şimalında yerləşən Abbotabad şəhərinin yaxınlığındakı evində öldürülmüşdü.
Hakimiyyət həmin ilin mayın axırında bəyan etmişdi ki, əməliyyat radioelektron kəşfiyyatın ötürdüyü bilgilər əsasında həyata keçirildiyindən mükafat heç kimə çatmayacaq.

Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |