26.11.2011 [14:12] - Gündəm
Aşqabadda Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası (Tehran Konvensiyası) çərçivəsində milli fəaliyyət planlarının hazırlanması üzrə regional işçi qrupun görüşü keçirilib.
Forum Türkmənistanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi və BMT-nin Ətraf mühit üzrə proqramlarının Avropa ofisinin (UNEP) himayəsi altında Tehran Konvensiyasının müvəqqəti katibliyi, "KaspEko" Qlobal Ekoloji Fond və BMT-nin İnkişaf Proqramının regional layihəsi ilə birgə təşkil edilib.
Təşkilatçıların verdiyi məlumata görə, görüşdə beynəlxalq məsləhətçilər, Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın ətraf mühit üzrə dövlət strukturlarının ekspertləri iştirak ediblər.
Xəzər dənizi planetdə dünya okeanı ilə əlaqəsi olmayan ən iri qitələrdaxili göldür. Bu göl iqlimyaradıcı əhəmiyyətə malikdir. Xəzər dənizinin qeyri-adiliyi ondadır ki, burada çox qədim dövrlərdən qalma flora və faunanın müxtəlifliyi, o cümlədən dünyada ən iri nərə balığı dəstəsi (dünya ehtiyatının 90 faizi) qorunub.
Xəzər həm də əsas miqrasiya yolu və suda üzən, eləcə də sahil quşlarının yaşama yeridir. Dayazlıq və su-bataqlıq yerləri yüksək məhsuldar sahələrdir və dəniz orqanizmlərinin - beynəlxalq əhəmiyyətli balıqların, suiti və quşların vacib yaşama əraziləridir.
Tehran Konvensiyası Xəzər dənizi regionunda ilk çoxtərəfli müqavilə sənədidir. Müqavilə sənədi planetin iri daxili gölünün nadir təbiət və hidroloji mühitinin saxlanması üzrə Xəzəryanı ölkələrin tərəfdaşlıq strategiyalarını müəyyənləşdirməyi, gələcək nəsillər üçün sahilyanı ərazilərin sabit inkişafını təmin etməyi nəzərdə tutur.
Tədbir çərçivəsində Tehran Konvensiyası üzrə milli fəaliyyət planlarının işlənməsi və Xəzər dənizinin ətraf mühitinin monitorinqi üzrə regional proqramın hazırlanması kimi məsələlər qaldırılıb.
Xüsusən, bu sənədlər hər bir Xəzər ölkəsi üçün konkret vəzifə və tapşırıqları müəyyənləşdirir. Bura milli maraqlar nəzərə alınmaqla, ekoloji institusional və hüquqi komponentlər də daxildir.
Prioritet istiqamətlər - bioloji müxtəlifliyin mühafizəsi, dənizin balıq və digər resurslarından rasional istifadə, ətraf mühitin və qoruq ərazilərin mühafizəsi, antropogen fəaliyyət nəticəsindəki tullantıların idarə edilməsi, əhalinin ekoloji bilik səviyyəsinin artırılması və digərləri qəbul edilib.
Görüşdə ətraf mühitin vəziyyəti və Xəzər dənizi hövzəsinin ekoloji sisteminin monitorinqinin regional proqramı haqqında kompleks məruzənin təqdimatı olub. Bioloji resurslara nəzarət və suyun keyfiyyəti üzrə sahilyanı ölkələr tərəfindən keçirilən milli proqramların praktiki nəticələri haqqında fikir mübadiləsi aparılıb.

Bu xəbər oxucular tərəfindən 934 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |