02.11.2013 [13:24] - Hərb
Ehtiyatda olan polkovnik-leytenant isə hələ bir az gözləməkdə qərarlıdır
Hərb Yeni müdafiə naziri Zakir Həsənov Müdafiə Nazirliyi sistemində kadr islahatlarını davam etdirir. Nazirin təyinatlarını təqdir edənlər bunun son nəticədə ordumuzun döyüş qabiliyyətinin artırılmasına gətirib çıxaracağı barədə nikbin fikirlər söyləyirlər.
Qeyd edək ki, yeni təyinat alan zabitlər arasında sabiq müdafiə naziri Səfər Əbiyevin zamanında təzyiqlərlə üzləşənlər, müxtəlif səbəblərdən ordudan uzaqlaşanlar da var.
Məlumata görə, hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da Müdafiə Nazirliyinə dəvət alanlar sırasındadır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun faktiki olaraq vəzifəsindən uzaqlaşmasından sonra Ü.Cəfərovun peşəkar bir şəxs olaraq bu posta təyin edilməsi tamamilə real görünür.
Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında, Müdafiə Nazirliyindən iş təklifi aldığını təsdiqlədi. Polkovnik-leytenant hansı vəzifələrlə bağlı təklif aldığını da açıqladı: “Mənə mətbuat xidmətində iş təklif olunub. Hətta Nazirliyin Tərbiyəvi İşlər İdarəsində şöbə rəisi, mətbuatla əlaqələndirici vəzifələri də təklif edilib. Amma mən hələlik konkret heç nə deməmişəm”.
Ü.Cəfərov təklifləri müsbət dəyərləndirsə də, bir az gözləməyi qərarlaşdırıb: “Detallarını açıqlamaq istəmirəm. Amma bəzi məqamlar var, mən bir az vaxt keçməsini, müəyyən məsələlərlə bağlı aydınlığın yaranmasını istəyirəm. Görək bu təyinatların istiqamətləri harayadır, getməyə dəyər, dəyməz. Həm də Eldar Sabiroğlu 3 aylıq məzuniyyətə göndərilib, yanvara kimi onun vəzifəsinə kiminsə təyinatı mümkün deyil. Yəni məzuniyyət dövründə o, ordudan tərxis olunsa, bu, qeyri-qanuni olar”.
S.Əbiyevin zamanında Müdafiə Nazirliyinin mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr və məlumatın yayılması şöbəsinin rəisi vəzifəsindən uzaqlaşdırılan Ü.Cəfərov onu da dedi ki, MN-də çalışdığı və “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru işlədiyi dövrdə mətbuatla yaxın münasibətləri olub və hər zaman vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışıb: “Bu gün söhbət təkcə məndən getmir. Vaqif Dərgahlı, Şahin Ələkbərov kimi bir sıra bacarıqlı hərbçilər, sırf hərbi jurnalistlər var ki, Lvov Ali Hərbi Siyasi Məktəbin hərbi siyasi jurnalistika fakültəsini bitiriblər. Niyə də onların bacarığından istifadə olunmasın?”
Ü.Cəfərov yeni nazir tərəfindən dəvət alarsa, qəbul edəcəyini vurğuladı: “Bu il mənim 50 yaşım tamam olur. Yəni orduda xidmət etməyə həm yaşım imkan verir, həm də gücüm çatır. Böyük məmnuniyyətlə mən bu işləri görə bilərəm. Ancaq dediyim kimi hələlik gözləməyə, yeni nazirin təyinatlarını müşahidə etməyə üstünlük
verirəm”.

Bu xəbər oxucular tərəfindən 909 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |