04.11.2013 [12:27] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
Çinin İrandan idxal etdiyi xam neftin pulunu hansı yolla ödəyəcəyi açıqlanıb.
İran parlamentinin büdcə və planlaşdırma komissiyasının üzvü Əli Məhəmməd Əhmədi bildirib ki, rəsmi Pekin Tehran neft pulları qarşılığında zəruri təchizat materialları, avadanlıqlar verəcək: “Bu məsələ İran parlamentinin sədri Əli Laricaninin Çinə səfəri zamanı müzakirə edilib və tərəflər arasında razılıq əldə olunub. Eyni zamanda müzakirələrdə Çinin İranın infrastruktur layihələrinə investisiya qoymaq məqsədilə 40 ortaq layihənin həyata keçirilməsi də əsas müzakirə mövzularından biri olub”.
Onun sözlərinə görə, Çin rəhbərliyi İranın pullarına blok qoymayıb: “Sadəcə, əsas problem sanksiya şərtlərində kurs transferinin çətinləşməsindən qaynaqlanır”.

Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |