04.11.2013 [14:57] - Hadisə
Ayxan Məmmədov: “Anamı Türkiyəyə siz göndərmişdiniz, siz də məsuliyyət daşıyırdınız”
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilir.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov ifadə verib.
O bildirib ki, Elşad Abdullayevlə olan pul söhbətindən sonra anasının G. Əhmədova ilə münasibətləri pisləşib: “Bir neçə ildən sonra anam dedi ki, Gülər ona zəng edib deyir ki, görüşsünlər. Mən də dedim ki, niyə görüşürsən, o neçə ildir ki, səninlə danışmır, babamın yasına da gəlmədi. Anam dedi ki, Elşadla olan pul söhbəti hər kəsə yayılacaq. Bunu hamı bilsə, ona da, Gülərə də pis olacaq”.
A. Məmmədov daha sonra G. Əhmədiovanın ona verdiyi suallara cavab olaraq bildirib ki, E. Abdullayevin puluna görə anası ilə G. Əhmədova bir-birlərini telefonda söyüblər: “Anamla Gülər Əhmədova “skyp”la danışanda anam vəzifəli adamların adını çəkirdi. Gülər Əhmədova isə anama deyirdi ki, ad çəkməsin, danışıb, hər şey yaxşı olacaq”.
A. Məmmədov onu da deyib ki, G. Əhmədova ilə anası görüşəndən sonra anası gecə Türkiyəyə gedib: “Sonra mən anamı Türkiyədə ziyarət edim. Orda məni Səlcuq Ağlayanın oğlu qarşıladı. Anam ordan “skayp”la Gülərlər danışırdı. Gülər xanım anama deyirdi ki, səbirli olsun. Anam xəstəydi, yeməyi belə yox idi. Ona bazarlıq etdim. Qayıdanda 500-600 dollar verdim.
Azərbaycana qayıdandan bir müddət sonra prokurorluqdan mənə dedilər ki, anam gəlib, ifadə versin, onu tutmayacaqlar. Mən də Gülər xanıma zəng etdim, soruşdum ki, bu nə məsələdir? Ona anamı Azərbaycana gətirmək istədiyimi bildirdim. O isə dedi ki, anan gələn kimi onu həbs edəcəklər. Soruşdum ki, nə üçün? Cavab verdi ki, bir neçə il əvvəl torpaq söhbəti olub. Sonra da mən yenidən Türkiyəyə getmək istədim. Lakin ölkədən çıxmağıma qadağa qoymuşdular”.
Proses iştirakçılarının suallarını cavablandıran A. Məmmədov bildirib ki, G. Əhmədova anasına Türkiyədə onu maddi cəhətdən təmin edəcəyi barədə söz verib: “Mən Türkiyədə olanda anamın sənədləri özündə idi. Anamdan Bakıya qayıtmasını istədim, lakin o qayıtmadı. Bildiyimə görə, Gülər xanımın əri Fikrət Əhmədov da mən ordan qayıdandan sonra anama pul verib”.
Anasının Səlcuq Ağlayandan qorxub-çəkinməsi barədə suala cavabında o, anasının həmin şəxs tərəfindən təzyiqə məruz qalmadığını deyib.
A. Məmmədov anasının üzərində olan sənəddən istifadə edərək xəstəxanalarda yoxlamadan keçə bilmədiyini deyib: “Səlcuq mənə zəng edib dedi ki, anan xəstəxanadadır, vəziyyəti pisdir, 16 min dollar götür, gəl. Mən də nənəmi götürüb, Gülər xanımgilə getdim. Orda olanda Səlcuq mənə “Başın sağ olsun, anan rəhmətə getdi” məzmunlu mesaj yazdı. Mən də oradan çıxıb, prokurorluğa getdim. Bundan sonra Gülər Əhmədova nənəmə 20 min dollar verib. Həmin pul Səlcuq Ağlayana çatmalı idi. Lakin Səlcuq qorxduğu üçün pulu götürmədi. Həmin pul anamın yas mərasiminə xərcləndi”.
A. Məmmədov daha sonra deyib ki, anası S. Ağlayanı G. Əhmədova vasitəsilə tanıyıb: “Anamı Türkiyədə Gülər xanım saxlayırdı”.
Prosesin bu məqamında G. Əhmədovanın vəkili Əfsər Talıbov Ayxana müraciət edərək, anasının ölümündə G. Əhmədovanın günahlandırmasının səbəbini soruşub.
Dövlət ittihamçısı Eldar Həmzəyev isə elan edib ki, S. Babayevanın ölümü ilə bağlı cinayət işi istintaq orqanı tərəfindən rədd edilib. Onun xəstəlikdən ölməsi müəyyənləşib.
Daha sonra A. Məmmədov G. Əhmədovanın suallarını cavablandırıb. O bildirib ki, 2005-ci ildən sonra anasının G. Əhmədovaya münasibəti pis olub: “Çünki anamın çərəyinə bais oldun. Elşadla aralarını vurdun. Bundan sonra anam bədbəxt oldu, hər şey əlindən çıxdı. Ona kimi anam universitetə tələbələr düzəldirdi”.
A. Məmmədov onu da deyib ki, anası Türkiyədə olanda ona Azərbaycana qayıdacağı halda G. Əhmədova ilə birgə həbs olunacağını deyib: “Anam sizə inanırdı. Onu Türkiyəyə siz göndərmişdiniz, siz də məsuliyyət daşıyırdınız. Siz anama demişdiniz ki, ikinizi də tutacaqlar, ona görə də anam məcbur olub Türkiyəyə getdi. Başqa nə edə bilərdi ki? Mən hər şeyi bilirəm”.
G. Əhmədova isə ona cavab olaraq bildirib kİ. S. Babayeva ilə söhbət edəndə Ayxan onların yanında olmayıb. “Sən bizim nə danışdığımızı, ananın nə danışdığını bilmirsən. Oğlumla yaşıdsan, sənin danışdıqlarını cavanlığına bağışlayıram. Sənin ananın qolunda “Allahu-əkbər” yazılan döymə vardı. Onu xatırlayırsan?” Ayxan isə ona “Xatırlayıram, amma nə ilə bağlı olduğunu bilmirəm”.
Bu vaxt G. Əhmədova hakimdən Ayxanın ona yaxınlaşmasını, həmin döymənin mənasını onun qulağına demək istədiyini söyləyib. Hakim isə buna icazə verməyib, məsələyə aidiyyəti olmadığını bildirib.
Bundan sonra prosesdə şahid Vidadi Qədirov ifadə verib. Şahid deyib ki, S. Babayeva ilə yaxın münasibətləri olub: “1998-ci ildən 2004-cü ilə qədər yaxın münasibətimiz olub. Gözəl qadın idi, ondan xoşum gəlirdi. Sonra dost kimi ayrılmışıq. Amma arada zəngləşirdik. Oğlu əsgərliyə gedəndə gedib, yola salmışam. Hadisələrdən sonra Sevinc Türkiyədən zəng edib, ona kömək etməyimi xahiş edirdi. Mən də dedim ki, gəl ifadəni ver. Axır vaxtlar hər gün danışırdıq. Deyirdi ki, özünü pis hiss edir. Mənə bildirdi ki, Azərbaycana həbs olunmaqdan qorxduğu üçün gəlmir. Gülər Əhmədova ilə bağlı danışanda isə “Gülər mənə deyir ki, Türkiyədə, yaxşı olar”, deyirdi. Sevincin axır vaxtlar imkanı yaxşı deyildi. Mən ona qızıl, paltar alırdım. Ev tutmuşduq, evin pulunu da verirdim. Həmişə deyirdi ki, Elşad Abdullayev sağ olsun, ona çox kömək edib”.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |