05.11.2013 [11:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün İranın Şərqi Azərbaycan əyalətinin Şərəbiyan şəhərində zəlzələ baş verib. Bu barədə İRNA agentliyi məlumat verir.
Məlumata əsasən, zəlzələnin gücü Rixter cədvəli üzrə 4,1 bal olub. Yeraltı təkanlar Təbriz şəhərində də hiss edilib.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Oktyabrın 30-da İranın Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində Rixter cədvəli üzrə 3,6 bal gücündə zəlzələ baş vermişdi.
Xatırladaq ki, 2012-ci il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, təqribən 2500-ü xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmışdı. Təxminən beş min bina zərər görmüşdü.

Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |