05.11.2013 [15:14] - Gündəm, Mədəniyyət
Avropa İttifaqı nümayəndəliyinin və Avropa İttifaqa üzv dövlətlərinin səfirliklərinin iştirakı ilə Bakıda 30 oktyabr-6 noyabr tarixlərində IV Avropa film festivalı keçirilib. Festival çərçivəsində keçən illərdə olduğu kimi bu il də Avropa İttifaqı nümayəndəliyi Avropa film ekspertləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyəti ilə görüşmək arzusunda olduqlarını bildiriblər. Bu məqsədlə festival çərçivəsində Latviyanın tanınmış rejissoru, xanım Liqa Pipare və xanım Diana Stepane ilə görüş keçirilib. Qonaqlar arasında Latviya səfirinin müşaviri cənab Renars Danelson da vardı. Görüş zamanı universitetin prorektorları professor Maral Manafova və Çingiz Bağırov qonaqlara universitetin tarxiri və fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Həmçinin qeyd etmişlər ki, bütün bu uğurlara Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, əmkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevin rəhbərliyi altında nail olunmuşdur. Qonaqların universitetin professor müəllim heyəti və tələbələrlə görüşü maraqlı dialoq şəklində keçmişdir. Qonaqlar tələbələri maraqlandıran suallara cavab verərək, onlara dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Sonda xarici qonaqlar tədbirin təşkilatçılarına minnətdarlıq edərək, bu görüşdən məmnun qaldıqlarını bildirərək, iştirakçıları müəllifləri olduğu "Xəyalların komandası 1935" filminə baxmağa dəvət ediblər.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |