Şrift:
Rüşvət üstündə tutulan bölük komandiri 8 il müddətinə azadlıqdan məhrum edilib
26.11.2011 [17:08] - Gündəm
Azərbaycan Ordusunun rüşvətxorluqda təqsirləndirilən zabitinə hökm oxunub. Bu barədə Tərtər Hərbi Məhkəməsindən bildirilib.

Məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah bölüyünün komandiri, kapitan Ramil Eyvazov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə), 311.3.4-cü (rüşvət alma – hədə qorxu tətbiq olunmaqla törədildikdə) və 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Birinci instansiya məhkəməsinin çıxardığı hökmlə razılaşmayan hərbçi apellyasiya şikayəti verib. R. Eyvazovun apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed