06.11.2013 [10:33] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Bu gün “Tserqakon” hərəkatının lideri Şant Arutyunyanın 100-dək tərəfdarları İrəvanın mərkəzindəki Maştots prospektində razılaşdırılmamış yürüş keçirməyə cəhd edib.
“RİA Novosti”in verdiyi xəbərə görə, polislə baş vermiş toqquşma nəticəsində bir neçə asayiş keşikçisi və etirazçı xəsarət alıb, 20 nəfər aksiya iştirakçısı saxlanılaraq bölmələrə aparılıb.
Ermənistan Polisinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, dəyənəklərlə silahlanmış Şant Arutyunyanın tərəfdarları İrəvanın mərkəzi prospektində razılaşdırılmamış yürüş təşkil edib. “Polis əməkdaşları onları ictimai asayişi pozmamağa və Maştots prospektində hərəkətə mane olmamağa çağırıb. Lakin aksiya iştirakçıları əldə qayrılmış və daşlarla doldurulmuş partladıcı paketləri partlatmağa başlayıblar”, deyə açıqlamada bildirilir.
Mətbuat xidmətinin açıqlamasında bildirilir ki, polis əməkdaşları asayişi bərpa etməyə və prospekti etirazçılardan azad etməyə müvəffəq olub.
Qeyd edək ki, Şant Arutyunyan polisin xəbərdarlıqlarına məhəl qoymadan bir neçə gün ərzində Azadlıq meydanında zorakılıq çağırışları olan bəyanatlarla çıxış edib.

Bu xəbər oxucular tərəfindən 1056 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |