06.11.2013 [13:32] - Xəbərlər, Gənclik
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ilk dəfə olaraq "Gənclər Hökuməti" modeli təşkil olunacaq. Ölkədə ilk dəfə reallaşacaq "Gənclər Hökuməti" modelinin əsas məqsədi Azərbaycanda gənclər arasında dövlət qulluğuna marağın artırılması, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi və "Azərbaycan-2020" mövzusunun meyarlarının gənclər arasında müzakirəsini təşkil etməkdir.
Müxtəlif dövlət qurumları ilə gənclər arasında əməkdaşlığı artırmaq və onların bu qurumların fəaliyyətində yaxından iştirak etmələrini təmin etməkdə vacib şərtləndəndir.
Həyata keçirilən layihə Bakı, Lənkəran, Şəki və Gəncə şəhərlərində yaşayan 14-29 yaş arası gəncləri əhatə edəcək.
Layihə çərçivəsində gənclərə dövlət qulluğu və qərar qəbuletmə ilə bağlı bir sıra təlimlər keçiriləcək. Layihə çərçivəsində, həmçinin seçilmiş gənclər bir sıra dövlət qurumları və nazirliklərdə hökumət strukturları və qurumların iş fəaliyyəti ilə tanışlıq görüşlərində iştirak edəcək. Sonda "Gənclər Hökuməti" simulyasiya oyunu keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 1157 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |