07.11.2013 [10:42] - Güney Azərbaycan xəbərləri, Hərb
Suriyada Bəşşar Əsəd rejiminə qarşı üsyan başladığı gündən İranın bu ölkəyə yardımı və iranlı hərbçilərin Suriyada savaşdığı ilə bağlı dünya mətbuatında ciddi xəbərlər yayılıb və yayılmaqdadır.
İran rejiminin yüksək rütbəli məsulları da bəzi hallarda faktı təqdiqləyiblər. Lakin, Suriyaya yardım faktını inkar edənlərin də sayı az olmayıb.
Məlumata görə, İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü bildirib ki, İranın Suriyada yüzlərlə batalyonu (qurdan) vardır.
Cavad Kərimi Qoddusi əlavə edib ki, Suriya ordusunun qələbəsi yerli komandirin (fərmandeh) dili ilə səslənsədə, əslində o qələbənin arxasında İran qüvvələri dayanır.
Bu xəbər yenədə keçmişdəki kimi başqa bir İran rəsmisi tərəfindən inkar edilib. İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəsmisi xəbəri şiddətlə təkzib edib. SEPAHın ümumi əlaqələr şöbəsinin rəisi General Rəməzan Şərif bəyan edib ki, “İranın Suriyada heç bir batalyonu yoxdur, lakin müdafiə təcrübələrimizi intiqal vermək üçün, bu ölkənin müdafiəçiləri ilə məşvərət edənlərimiz var”.
Qeyd edək ki, bütün bunlar o halda baş verir ki, dəfələrlə iranlı hərbçilərin Suriyada qətlə yetirildiyini elə İranın öz mediası yazıb. Məslən son günlərdə SEPAH hərbçisi general Məhəmməd Cəmalinin Suriyada öldürüldüyü və İranda dəfn mərasiminin keçirildiyi bütün mətbu orqanlarda işıqlandırıldı.

Bu xəbər oxucular tərəfindən 856 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |