07.11.2013 [13:04] - Gündəm, Sosial
Hazırda şərti adı "Həzi Aslanov-2" stansiyasının, eləcə də Köhnə və Yeni Günəşli qəsəbələri istiqamətindəki tunellərin qazıntısı aparılır
Azərbaycan Qarşıdakı 3 il ərzində ən azı, 8 stansiya istismara veriləcək.Metropolitenin saytının verdiyi məlumata görə, metropoliten xətlərinin konseptual inkişaf sxemi dövlət proqramına uyğun olaraq beş il ərzində yeni Bənövşəyi xəttin ilk 5 stansiyası təhvil verilməlidir.
Artıq 2014-cü ildə yeni xəttin ilk iki stansiyası — "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyaları, sonrakı iki ildə isə digər 3 stansiyası istismara veriləcək. Dövlət Proqramına uyğun olaraq, mövcud xətlərin inkişafı da unudulmayıb. Proqramın icra olunacağı müddətdə Yaşıl xəttin daha 3 stansiyasının inşası da planlaşdırılıb. Hazırda şərti adı "Həzi Aslanov-2" stansiyasının, eləcə də Köhnə və Yeni Günəşli qəsəbələri istiqamətindəki tunellərin qazıntısı aparılır. Bir sözlə, qarşıdakı 3 il ərzində iki xətt üzrə, ən azı, 8 stansiya istismara veriləcək.

Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |