27.11.2011 [13:27] - Xəbərlər
İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı, general Əmirəli Hacızadə ölkəsinə qarşı mümkün hücumda ilk əvvəl NATO-nun Türkiyədəki raketdən müdafiə sistemini hədəf alacaqlarını bildirib.
General bunu İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan “Bəsic” hökumət tərəfdarı könüllülər dəstəsinin Xürrəmabad şəhərində keçirilən konfransında çıxışı zamanı bildirib.
Ə. Hacızasdə deyib ki, Türkiyəyə yerləşdiriləcək raketdən müdafiə sistemi NATO-nun deyil, ABŞ-ın dəstəyi ilə İsraili qorumaq məqsədilə quraşdırılır: “Onlar türk xalqını, dünya ictimaiyyətini bu işi NATO-nun gördüyünə inandırmağa çalışırlar. Bu gün sionist rejim işlərini ABŞ-ın, ABŞ isə NATO-nun adı altında görür. Buna baxmayaraq, türk xalqı məlumatlıdır, biz inanırıq ki, bu ağıllı xalq bu addımın qarşısını alacaq. Müsəlman türk xalqı zamanı gələndə bu sistemi parça-parça edəcək”.
Türkiyədəki raketdən müdafiə sisteminin 1000 kilometrlik bir sahəni əhatə edəcəyini deyən general ABŞ-ın İranın cənub hissəsi üçün də Bəsrə körfəzi ölkələrindən birində başqa bir raketdən müdafiə sistemi quraşdırmağa hazırlaşdığını iddia edib.

Bu xəbər oxucular tərəfindən 1309 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |