08.11.2013 [11:50] - Xəbərlər, Gündəm, Siyasi partiyalar
Azərbaycan Bayrağı əslində Türk Dünyasının bayrağıdır
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı isə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət bayrağı elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Milli Dirçəliş Hərəkatı Partiyası Dövlət Bayrağı Günü münasibətiylə Azərbaycan xalqını təbrik edir! Azərbaycan xalqı üçrəngli bayrağını qan tökərək, uğrunda şəhidlər verərək zirvəyə ucaldıb və “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyib. Bu bayram həm də bütün Türk Dünyasının bayramıdır. Çünki, Türk Dünyasının ilk cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı özündə Türk dünyasını, Turanı ifadə edir. Türçülük (göy), Müasirlik (qırmızı), İslamçılıq (yaşıl), Bəşərilik (aypara) və Türkün səkkiz boyunun birliyini (səkkiz guşəli ulduz) ifadə edən BAYRAĞIMIZ əslində elə butun Türk Dünyasının bayrağı kimi nəzərdə tutulmuşdur. Çünki, Türk Dünyasının birlik ideologiyası da məhz bu beş əsas prinsip üzərində qurulmuşdur.
İlk bayraq anlayışı zatən Türk millətinə aid olmuşdur. Bayraq Türk millətinin ən müqəddəslərindəndir. Bayraqdarlıq ənənəsi sonradan bütün dünyaya yayılsa da Türk kimi o misiyanı qoruya biləcək toplum olmadı. Bayrağımız Vətən kimi bizim səcdəgahdır.
Bayraq Günümüz KUTLU OLSUN!
Qürur və sevgiylə
Milli Dirçəliş Hərəkatı Partiyası

Bu xəbər oxucular tərəfindən 1338 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |