08.11.2013 [12:13] - Gündəm, Türk dünyası-Turan
Noyabrın 8-9-da Qırğızıstanın ev sahibliyi ilə Bişkekdə Türkdilli Dövlətlərin və İcmaların III Media Forumu keçirilir. Forumun əsas mövzusu "Ənənəvi kütləvi informasiya vasitələrinin yenidən qurulması prosesi və yeni media" olacaq.
Tədbir türk mənşəli jurnalistlər arasında qarşılıqlı fikir, bilik və təcrübə mübadiləsi aparmağa, həmçinin məhsuldar və səmərəli əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hesablanıb.
Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə təşkil ediləcək iclasda Türkdilli Dövlətlərin Media Platformasının (TürkMEP) rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, TürkMEP-in baş katibi, Türkiyə hökuməti yanında Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Murad Karakaya, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov, həmçinin ali məktəb müəllimləri, yüksəkvəzifəli funksionerlər və KİV əməkdaşları, o cümlədən Trend İnformasiya Agentliyinin nümayəndəsi iştirak edəcəklər.
Forumun proqramı aşağıdakı panellərdən ibarətdir: "Ənənəvi kütləvi informasiya vasitələrinin yenidən qurulması prosesi və yeni media", "Yeni media texnoloji dəyişikliklərin təzahürü kimi", "Yeni media kontekstində KİV-də etika".

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |