Şrift:
Əlirza Amanbəyli:Güney Azərbaycan bu günün məsələsi deyil
08.11.2013 [13:07] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
BMT-in son hesabatında İranda insan haqlarının durumu haqda bu dəfə Güney Azərbaycana ayrıca yer ayrılmayıb

BayMedia-ya açıqlamasında belə deyən Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan departamentinin rəhbəri Əlirza Amanbəyli deyib ki, hesabatda İranda dini, milli, irqi ayrıseçkilik diqqətə çatdırılıb: “Güney Azərbaycan bu günün məsələsi deyil ki, BMT və ya başqa təşkilatlar bu məsələdən xəbərləri olmasın. BMT tərəfsiz və qərəzsiz bir qurum və həqiqətən hökümətlərin yox, millətlərin mənafeyini müdafiə edən bir təşkilat olsaydı 1945-46- ci ildə Güney Azərbaycan Türklərinin qurduğu milli höküməti rəsmi olaraq tanıyardı. Doğu Türküstanda Çin rejiminin hər gün qətliamına məruz qalan Uyğur türklərinin Muxtariyyət haqını müdafiə edərdi. Bu gün Suriyada, İraqda, Misirdə, bundan öncə Liviyada minlərlə günahsız insanın acınacaqlı durumda öldürülməsinin günahkarı hakim rejimlərdirsə, o terror və kütləvi qətliamların səbəbkarı BMT və başqa beynəlxaq qurumlardır”.
BMT-də veto haqı olan super dövlətlərin mənafei və maraqlarını hansı hökümət tərəfindən təmin olunursa o hökümətlər insan haqlarını hansı formada pozurlarsada ona göz yumurlar.
BMT Azərbaycanın ərazilərinin Ermənilər tərəfindən işğalını pisləyərək 4 qətinamə qəbul edib və qeyd olunub ki Ermənilər Azərbaycan torpaqlarını qeyd şərtsiz boşaltmalıdır.Amma bu qətinamələr 23 ildir ki icra olunmur.İraqda türkmənlərın yaşadıqı torpaqlar Kürdlər tərəfindən işğal olunur və yerli əhalisi isə qətliam edilir amma BMT-in səsi çıxmır.Xocalı qətliamından 23 il keçir amma hələdə BMT bu dəhşətli soyqırıma hüquqi qimət vermək fikrində deyil.
Amma Liviyaya hərbi müdaxiləni 7 ssat içərisində qəbul etdi və dərhal oranı bobaladılar.O vaxta qədər ki İran şahı,Səddam Hüseyin,Qəzzafi və ... super güclərin mənafeni təmin edirdilər onları demokratik adlandırırdılar və o ölkələrdə pozulan insan haqları maraqlı deyildir.
İndidə İranla qadaşlıq etməyə başlayıblar.
BMT(Birləşmiş Millətlər Təşkilatı) adına və pirinsiblərinə uyğun hərəkət etmir mənafei ust-ustə düşən super dövlətlərin istədiyi kimi davranır.
Bu təşkilatın adını dəyişib mənafei ortaq olan hökümətlər təşkilatı qoymaq lazımdır.Ona görəki BMT millətlərin yox hökümətlərin marqlarını müdafiə edən quruma çevrilib.
Əli
Bu xəbər oxucular tərəfindən 1308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed