Şrift:
Moskvada daha bir Azərbaycan vətəndaşı öldürülüb
12.11.2013 [10:35] - Gündəm, Hadisə
Moskva şəhərinin qərb hissəsində Azərbaycan vətəndaşının meyiti tapılıb.


“RİA Novosti”in verdiyi xəbərə görə, noyabrın 12-nə keçən gecə polisə Bryanskaya küçəsi, ev 3 ünvanında bir nəfərin bıçaq zərbəsi ilə yaralandığı haqda məlumat daxil olub. Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkarlayıblar. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, öldürülən şəxs 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.



Fakt üzrə cinayət işi qaldırılıb.
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed