27.11.2011 [18:21] - Gündəm
Təbrizdə fəhlələr və təqaüdçülər aksiya keçirib
İranın Təbriz şəhərində yürüş-mitinq keçirilib. Ölkədə “Əmək haqqında” qanunun qüvvəyə minməsinin ildönümü ilə bağlı düzənlənən aksiyada azərbaycanlı fəhlələr və təqaüdçülər “İşçilər oyaqdı, haqlarına dayaqdı! şüarını səsləndirib və İranın əmək naziri Abdulrza Şeyxulislamın istefasını tələb ediblər. Piket iştirakçıları qarşısında çıxış edən Şərqi Azərbaycan vilayətinin İşçilər Evi təşkilatının rəhbəri Kərim Sadiqzadə deyib ki, ölkədə gündən-günə inflyasiya artır: “Hər gün fəhlələrin və təqaüdçülərin sosial vəziyyəti daha da ağırlaşır, ölkədə işsizlərin sayı artır. Hökumət 2011-2012-ci illərdə 5 milyon 200 min yeni iş yerinin açılacağına söz versə də, bu vəd hələ yerinə yetirilməyib. Hətta hökumətin yanlış siyasəti nəticəsində bir çox iş yerləri özəlləşdirilib. Bu da işçilərin daha çox hüquq pozuntusu ilə üzləşməsinə səbəb olur”.
Sonda aksiya iştirakçıları qanunun dəyişdirilməsini tələb edərək bildiriblər ki, İran parlamentinin işçilərin razılığı olmadan “Əmək haqqında” qanuna əlavə və dəyişiklik etməyə haqqı yoxdur.
Davud Xudakərəminin ailəsi ondan xəbər tuta bilmir
Azərbaycanlı fəal Davud Xudakərəmi barədə heç bir məlumat əldə edilmir. Onun ailəsinin nigaranlığı getdikcə artır.
Zəncanlı yazıçı, jurnalist və insan haqları fəalı Xudakərəmi noyabrın 18-i Zəncan şəhərinin avtovağzalında (terminal) tutuqlanıb.
O, tutulduğu gecə öz ailəsi ilə bir neçə saniyyəlik telefon əlaqəsi saxlayıb və Zəncanın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlandığını deyib. Bundan başqa Xudakərəmi barədə hələlik heç bir məlumat yoxdur.
Xudakərəminin ailəsi hər gün Zəncanın İnqilab məhkəməsinə müraciət etsələrdə, onun vəziyyəti və ittihamı barədə heç bir xəbər əldə edə bilmirlər. hakim Dadyari isə bildirir ki, Xudayari barəsində müvəqqəti həbs qərarı çıxarılıb və istintaq işləri davam edənə qədər heç bir məlumat verə bilməz. Bütün bunlar Xudayarının ailəsinin nigaranlığını artırır.
Qeyd edək ki, adını çəkdiyimiz insan haqları fəalı bundan öncədə dəfələrlə oxşar təziqlərə məruz qalıb.
“Traxtrur” tərəfdarları yeni bəyanat yayıblar
Təbrizin “Traxtur” futbol komandasının tərəfdarları Milli şüarlar barədə yeni bəyanat yayıblar.
12-ci bəyanatda Milli Şüarların yenidən səsləndirilməsi və bu yöndə fəalyyətlərin artırılması vurğulanır. Stadionda milli ab-havanın nisbətən aşağı düşməsi “Traxtur” futbol klubunun daxilindəki bəzi şəxslər o cümlədən baş məşqçi Əmir Qələnoinin müdaxiləsi ilə əlaqələndirilir.
Bəyanatda vurğulanır ki, nəzərdə tutulan planı pozmaq üçün daha gur səslə milli şüarlar səsləndirilməlidir. Bununla həmdə milli takımın qələbəsinə şərait yaratmaq mümkündür.
Nasir Derazşəmşirdən yeni xəbər
3 gün öncə azərbaycanlı fəal Nasir Derzaşəmşir Ərdəbil zindanından Təbrizin ümumi və inqilab məhkəməsinə (dadsəra-i ümumi) aparılıb.
Həmin gün Derzaşəmşirə sistemin əleyhinə təbliğ, Azərbaycan Cümhuriyyətinə cacusluq və Azərbaycana casus cəlb etməkdə ittiham olunduğu bildirilib.
Bundan sonra adını çəkdiyimiz azərbaycanlı fəal mərkəzi zindana intiqal edilib.
Xatırladaq ki, Derazşəmşir 2011-ci il avqust ayının 6-ı (mordad ayının 15-i) Muğanın Cəfərabad qəsəbəsində tutuqlanıb.

Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |