Şrift:
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
12.11.2013 [13:25] - İdman
Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günündə milli komandamızın iki üzvü rinqə çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Musayev polşalı Konrad Kozlovskini məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. Həmyerlimiz növbəti mərhələdə Rusiya boksçusu Andrey Pankovla qarşılaşacaq.

Elməddin İsmayılov isə (54 kq) ilk döyüşdəcə irlandiyalı Martin Stokesə uduzaraq, turnirdən kənarda qalıb.

Avropa birinciliyinin ikinci günündə Elşən Qafarlı da (48 kq) mübarizənı dayandırıb. Boksçumuz Macarıstan nümayəndəsi Tar Sandora məğlub olub – 1:2.

Ümid Rüstəmov (50 kq) yarışa qələbə ilə başlayıb. Millimizin üzvü Türkiyə təmsilçisi Uğur Can Yanardağdan üstün olub – 3:0. Rüstəmov ¼ finalda macarıstanlı Mate Tsazarla üz-üzə gələcək.

57 kq çəki dərəcəsində yarışan Pərviz Quliyev də məşqçilərin ümidini doğruldub. Boksçumuz ilk görüşdə irlandiyalı Metyu Devis üzərində qələbə qazanıb – 2:1. Həmyerlimiz 1/4 finalda ukraynalı Artur Priqoda ilə qarşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed