27.11.2011 [18:26] - Hadisə
Cəlilabad şəhərində bıçaqlanma hadisəsi baş verib.
Şəhər sakini, 1964-cü il təvəllüdlü İsmayıl Əli oğlu İsmayılov noyabrın 26-da axşam saatlarında ailə münaqişəsi zəminində arvadı, 31 yaşlı Sevda İsmayılovanı döyüb.
Qadının qonşuluqda yaşayan qohumları köməyə gəldikdə İ. İsmayılov bundan əsəbiləşib, qayınatası, 74 yaşlı Allahverən Əliyevi, baldızı, 31 yaşlı Sevinc Əliyevanı, bacanağı, 47 yaşlı Nəbi Mehdiyevi, baldızı qızı, 14 yaşlı Günel Mehdizadəni və baldızı oğlu, 18 yaşlı İlkin Mehdizadəni bədənlərinin müxtəlif nahiyələrindən bıçaqla yaralayıb.
Hadisə yerinə gələn post-patrul xidmətinin polis nəfəri Elməddin Ağalarov da münaqişə zamanı xəsarət alıb. Bütün yaralılar, o cümlədən hadisəni törədərkən xəsarət alan İ. İsmayılov təcili tibbi yardım maşını ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisinin vəziyyəti ağırlaşdığından Bakıdakı 1 saylı Şəkər Klinik Xəstəxanasına göndərilib.
Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |