13.11.2013 [15:52] - Xəbərlər, Türk dünyası-Turan
Vaşinqtonun məşhur meydanlarından sayılan Şeridan Dairəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının 75-ci ildönümündə onun heykəlinin açılış mərasimində Amerika Azərbaycanlıları Şəbəkəsinin həmsədri Ceyhun Mollazadə də ailə üzvləri ilə iştirak edib.
Toplaşanlar heykəlin qoyulması üçün rəsmi icazənin alınmasının uzun müddət çəkdiyini və nəhayət bu tarixi şəxsiyyətin adının əbədiləşdirilməsi üçün son hazırlıq işlərinin uğurla nəticələndiyini qeyd ediblər.
İkimetrlik bürünc heykəlin yaradıcısı məşhur heykəltəraş Ceffri Helldir. Heykəl Atatürkün 40 yaşında çəkdirdiyi şəkli üzərində yaradılıb və bütünlüklə Atatürkün lider rolunu əks etdirir.
Heykəlin yaradılması ilə bağlı bütün xərclər "Amerika Atatürk Cəmiyyəti" və Cəmiyyətin sədri Hüdayi Yavalar ailəsi tərəfindən qarşılanıb. Heykəlin açılış mərasimi Türkiyənin Vaşinqtondakı səfirliyi və "Amerika Atatürk Cəmiyyəti"nin təşkilatçılığı ilə baş tutub.

Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |