Şrift:
Ərdoğan: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək
13.11.2013 [16:24] - Xəbərlər, Türk dünyası-Turan
Rəsmi Ankara Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasından sonra keçirilən mətbuat konfransında deyib.
O, qeyd edib ki, Dağlıq Qarabağ problemi Azərbaycan üçün necə əhəmiyyətlidirsə, Türkiyə üçün də eyni dərəcədə əhəmiyyət kəsb edir və bu, Ankaranın da problemidir:
"Dağlıq Qarabağ problemi Türkiyə xarici siyasətinin gündəmində olan əsas məsələlərdən biridir və rəsmi Ankaranın bu məsələdən vaz keçməsi mümkün deyil".
Baş nazir bildirib ki, Ankara Dağlıq Qarabağ probleminin dialoq çərçivəsində həlli üçün Azərbaycana şərtsiz dəstəyini davam etdirir və bundan sonra da davam etdirəcək.
R.T.Ərdoğan deyib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk qrupunun üzərinə böyük məsuliyyət düşür.
O, qeyd edib ki, Azərbaycan-Türkiyə siyasi əlaqələri mükəmməl səviyyədədir və dövlətlər arasında heç bir problem yoxdur.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed