28.11.2011 [11:25] - Xəbərlər
“Ermənilər son günlər verdikləri döyüş və qeyri-döyüş itkilərini sığortalamaqdan ötrü başqa çarə tapmırlar”
“Ermənistan tərəfinin Azərbaycan Ordusunun 7 əsgərinin həlak olması barədə yaydığı məlumatlar dezinformasiyadır”. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev deyib.
Nazirlik əməkdaşı son həftələrdə Azərbaycan Ordusunun 1 əsgərinin şəhid olduğunu bildirib: “Hadisə noyabrın 26-da baş verib və bu barədə dərhal mətbuat məlumatlandırılıb. Ermənilər son günlər verdikləri döyüş və qeyri-döyüş itkilərini sığortalamaqdan ötrü dezinformasiya yaymaqdan başqa çarə tapmırlar”.
Qeyd edək ki, erməni mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi”nə istinadən noyabrın 19-20-də iki erməni əsgərin öldürməsinə cavab olaraq görülən cəza tədbirləri nəticəsində Azərbaycan Ordusunun son günlərdə 7 itki verdiyi barədə məlumat yayıb.

Bu xəbər oxucular tərəfindən 1190 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |