14.11.2013 [12:51] - Gündəm, İslam dini
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı bu gün "Təzəpir" məscidində qan verib.
A.Paşazadə jurnalistlərə bildirib ki, Sovet dövründə çətinliklər olsa da, İmam Hüseyn eşqini bu günə qədər gətirib çıxara bilmişik. Müstəqillikdən sonrakı dövrlərdə isə Aşura günlərində İmam Hüseyn təziyələri daha fəal, daha qanunauyğun şəkildə keçirilir: "Bütün müsəlmanlara başsağlığı verirəm. Allah bizim şəhidlərimizə Kərbəla şəhidlərimizlə birgə rəhmət eləsin. Allah bizə Qarabağ torpaqlarını tezliklə azad olunmasını nəsib eləsin".
QMİ sədri bildirib ki, Aşura günü zəncirin vurulması İslama uyğun deyil, insan özünə əziyyət verməməlidir: "Mən heç ömrümdə özümə zəncir vurmamışam. Qana ehtiyacı olan xəstələr var. İmam Hüseynin də ruhu şad olardı ki, qanlarımızı həmin insanlara verək. Bu, böyük savabdır. Mən istərdim ki, imkanı olan bütün müsəlmanlar tək Aşura günü yox, başqa günlərdə də qan versinlər. Bir insanın həyatını xilas etmək bütün dinlərdə bəyənilir. Bu gün İmam Hüseyn aramızda olsaydı, o da belə addım atardı. Bəziləri təbliğ edirlər ki, guya İmam Hüseyn şiədir. Ancaq imam Hüseyn müsəlmandır, nə şiə, nə sünnidir. Bu gün həm sünni, həm şiə məzhəbindən olanlar İmam Hüseyn təziyəsini keçirirlər".
QMİ-nin mətbuat xidmətindən daha öncə Trend-ə verilən məlumata görə, Aşura günü qanvermə aksiyası Bakıda Təzə-pir, Hacı Soltanəli, Hacı Əjdərbəy, Bibi-Heybət, İçəri-şəhər Cümə, Qaraçuxur məscidlərində, eləcə də Mir Mövsüm ağa ziyarətgah məscidi, Keşlə qəsəbə məscidində təşkil olunur.
Qanvermə aksiyası, həmçinin Sumqayıt şəhər Cümə məscidi, Gəncə şəhər İmamzadə ziyarətgah məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki Cümə məscidi, Lənkəran Böyük bazar məscidi və Bərdə Cümə məscidində keçirilir.
Xatırladaq ki, bu gün Kərbəla şəhidlərinin xatirəsi yad edilir, təziyələr saxlanılır. Bu münasibətlə QMİ-nin Qazılar Şurası bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir.
Qeyd olunur ki, Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir.
Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.

Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |