14.11.2013 [12:08] - Gündəm, İqtisadiyyat
Türkiyə Azərbaycan ilə əmtəə dövriyyəsinin 15 milyard dollaradək artırılmasına istiqamətlənib. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda iki ölkə arasında əmtəə dövriyyəsi 4,2 milyard dollara çatır və bu rəqəmin 15 milyard dollaradək artırılması gözlənilir.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycanda strateji əhəmiyyətli iqtisadi layihələr həyata keçirilir və gələcəkdə onların inkişafı gözlənilir: "İki ölkənin vacib iqtisadi layihələrindən biri Trans-Anadolu (TANAP) qaz kəməridir".
Baş nazir bildirib ki, iki ölkə arasında müzakirə edilən məsələlərdən biri İğdır vilayətindən Naxçıvana qaz boru kəmərinin çəkilməsi, həmçinin bu vilayətdən Naxçıvana dəmir yolunun tikintisi məsələsi olub.
Qeyd edək ki, TANAP layihəsi "Şahdəniz" yatağından qazın Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.

Bu xəbər oxucular tərəfindən 1290 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |