Şrift:
ATƏT-in Daimi Şurasının iclasında təhlükəsizlik məsələləri və humanitar vəziyyət müzakirə olunub
15.11.2013 [09:13] - Gündəm, Hüquq
Beynəlxalq Cenevrə müzakirələrinin həmsədrləri ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında iştirak edib. Bu barədə ATƏT-in rəsmi saytı xəbər verir.
Beynəlxalq Cenevrə müzakirələrinin həmsədrlərindən biri, ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsa bildirib ki, inzibati sərhəd xətti boyunca hasarların quraşdırılması narahatlıq doğuran məsələdir.

İclasda çıxış edən Avropa İttifaqının xüsusi nümayəndəsi Filip Lefort deyib ki, təhlükəsizlik məsələləri və humanitar vəziyyət müzakirələrin əsas mövzusudur: "Gücdən istifadə etməmə və zəmanətli təhlükəsizlik tədbirləri apardığımız danışıqların mərkəzində durur".
F.Lefort bildirib ki, bəzi fikir müxtəlifliklərinə baxmayaraq, iştirakçılar gücdən istifadə etməməyə dair birgə bəyanatın hazırlanmasında konstruktiv şəkildə iştirak edib.
İclasda çıxış edən BMT-nin nümayəndəsi Antti Turunen vurğulayıb ki, BMT, ATƏT və Aİ-nin vasitəçiliyi uzunmüddətli prosesdir, irəli getmək üçün səbr və qətiyyət vacibdir.
ATƏT-in əsas qurumlarından olan Daimi Şura hər həftə ATƏT məkanında hadisələri müzakirə etmək və qərar qəbul etmək üçün Vyanada çağırılır.
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed